Bəxtiyar Hacıyevdən yeni idman nazirinə tikanlı sözlər -FOTOLAR

  • By admin
  • 07 Dekabr 2021 13:01

Gununsesi.info xəbər verir ki, Azərbaycanın yeni Gənclər və İdman naziri Fərid Qayıbov qalmaqallı müavini Mariana Vasileva ilə bağlı danışıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yeni nazir müavini avtoqəza xəbəri və içki məclislərinə meyilli olmasına dair faktlar yayılıb. Nazir Fərid Qayibov isə deyib ki, yeni müavini peşəkar kadrdır.

Siyasi fəal Bəxtiyar Hacıyev isə nazirə sosial şəbəkə hesabında bunları yazıb: “Nazir deyir ki, Mariana Vasileva yüksək təcrübəyə malik, peşəkar, nizamlı, məsuliyyətli və nəticəyə köklənmiş mütəxəssisdir. Hə, Fərid müəllim, 3 il əvvəl içkili halda sükan arxasında oturub avtomobillə “Bravo”ya girəndə gördük ki, məsuliyyətli və nəticəyə köklənmiş xanımdır. Nəticə də göz qabağındadır”.

Gununsesi.info