Bəxtiyar Hacıyevin həbs müddəti daha 2 ay uzadılıb

  • By admin
  • 23 Fevral 2023 18:05

Bu gün Xətai Rayon Məhkəməsində həbsdəki siyasi fəal Bəxtiyar Hacıyevin həbs müddəti daha 2 ay uzadılıb.

Gununsesi.info-nun xəbərinə görə, siyasi fəalla bağlı bu qərara səbəb kimi iş üzrə ekspertizanın təyin olunması göstərilib.

Vəkilləri isə bildirir ki, bu 46 gündür aclıq edən Hacıyevin həbs müddətini uzatmaq üçün süni şəkildə edilib.

Qeyd edək ki, Bəxtiyar Hacıyevin azadlığı üçün ABŞ və Avropa Birliyi ölkələrindən hökumətə çoxsaylı çağırışlar edilib.

Mətləb

Gununsesi.info