Bəxtiyar Hacıyevin kassasiya şikayəti Ali Məhkəmə tərəfindən rədd edildi

Bu gün Ali Məhkəmədə həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin kassasiya şikayətinə baxılıb.

Gununsesi.info xəbər verir ki, məhkəmə şikayəti rədd edib.

Məhkəmə apellyasiya instansiyasının qərarında hər hansı qanun pozuntusu müəyyən etməyib. Bu səbəbdən şikayət əsassız sayılaraq rədd edilib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ildə polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib.

Bəxtiyar Hacıyevin vəkilləri qərarı qanunsuz adlandırıb.
Onlar bu hökmdən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini deyib.
Qeyd edək ki, beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin azad olunması üçün Azərbaycan hökumətinə çağırış edib.

 

Firuzə

Gununsesi.info