Bəxtiyar Hacıyevin maddəsi ağırlaşdırıldı

  • By admin
  • 13 Yanvar 2023 16:21
Hazırda həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevə irəli sürülən ittiham ağırlaşdırılıb.
Gununsesi.info-nun xəbərinə görə, siyasi fəala qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunan ittiham dəyişdirilərək, 221.2.2 (Xuliqanlıq-ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) ilə əvəzlənib.
Əvvəlkinin maddənin sanksiyasında 1 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdusa, indi bu maddə ilə  cəza  üç ilədək müəyyən ediləcək.
Qeyd edək ki, Bəxtiyar Hacıyevin həbsi Azərbaycan hökumətinə qarşı ciddi yerli və beynəlxalq tənqidlərə  səbəb olub.
ABŞ və Avropa ölkələri hökuməti onu dərhal azad etməyə çağırıb.
Hacıyev qanunsuz həbsinə etiraz olaraq, aclıq aksiyası keçirir.
Mətləb Yaqublu
Gununsesi.info