Bəxtiyar Hacıyevin səhhətində ağırlaşma halları başlayıb

  • By admin
  • 12 Yanvar 2023 21:04

“1 saylı Bakı İstintaq Təcridxanasında qanunsuz  həbsinə etiraz olaraq aclıq aksiyası keçirən  ictimai fəal Bəxtiyar Hacıyev 4 gündür aclığı davam etdirir. Hazırda onun səhhətində bir sıra ağırlaşma halları baş qaldırıb”.

Bu barədə Gununsesi.info-ya yanvarın 12-də onunla görüşdən sonra vəkil Fəxrəddin Mehdiyev Gununsesi.info-ya deyib: “Mənimlə söhbət zamanı artıq baş gicəllənmə halları var idi. Artıq narahatedici hallar başlayıb. Hacıyev hələ təcridxananın sanitar-tibb hissəsinə köçürülməyib, o, kamerada saxlanılır”.

 

Mətləb

Gununsesi.info