“Bəzən elə açıq-saçıq reklamlar yerləşdirirlər ki…” - DEPUTAT ETİRAZ ETDİ

  • By admin
  • 21 Aprel 2017 11:54
tahir
“Bu yaxınlaradək orta məktəblərin yaxınlığında reklamlar yerləşdilirdi. Dəftər və qələmlərin üzərində də reklamlar əks olunurdu. Hətta, cizgi filmləri nümayiş olunarkən fasilələrlə reklamlar verilirdi. Bunların hamısına qadağa qoyuldu”.

Gununsesi.info xəbər verir ki, bunu  Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bu gün  rəhbərlik etdiyi komitənin iclasında “Uşaq hüquqları haqqında” qanuna  nəzərdə tutulan dəyişikliklə bağlı çıxış edərkən  deyib.
aqiye-naxcivanli
Onun sözlərinə görə, “Reklam haqqında” qanuna edilən dəyişikliklər və bu dəyişikliklərin tətbiqi nəticəsində  son dövrlərdə bu sahədə çox ciddi nəzarət var:
“Yəni, artıq orta məktəb yaxınlığında uşaq psixologiyasına zərər vuran reklamlar yığışdırılıb”.
O, eyni zamanda əlavə edib ki, telekanallarda uşaqlar üçün  bir saatlıq film  bəzən 3 saat çəkirdi:
“Axı, uşağın vaxtı azdır, ona lazım olan multfilmə baxıb  ya istirahət etməlidir, ya da dərsləri ilə məşğul olmalıdır. İndi isə bu cür  hərəkətlər yığışdırılmaqdadır”.
Dilara
Deputat Dilarə Cəbrayılova da  çıxışında deyib ki, dərs vəsaitlərində reklamların olması uşaqları dərsdən yayındırır:
“Bu cür reklamlara qadağa qoyulsa da, hələ də bu cür hallar baş verir. Bu da bizi narahat etməyə bilməz. Məktəb ətrafında reklamların yığışdırılması doğru qərardır. Bu, uşaqların müdafiəsi baxımından çox önəmlidir”.
astan

Deputat Astan Şahverdiyev isə bildirib ki, uşaqlara nifrət aşılana bilməz:
“Ermənistanda uşaqlara nifrət aşılanır”.

Deputat şagirdlərin məktəblərdə müəllimləri tərəfindən döyülməsinə də toxunub:
“Bəzən görürük ki, hansısa şagird müəllimi tərəfindən döyülüb. Bu cür hallar yolverilməzdir. Düzdür, cəza tədbirləri görülür. Amma hər uşaq, valideyn şikayət edə bilmir axı?! Ona görə də uşaqları qorumaq lazımdır”.

Deputat Tahir Rzayev  çıxışında ictimai nəqliyyat vasitələrində yerləşdirilən reklamlardan şikayətlənib:
“Avtobusdakı reklama nəzarət etmək lazımdır. Bəzən elə açıq-saçıq reklamlar yerləşdirirlər ki… Həmin uşaqlar da o avtobusdan istifadə etdiyinə görə onlara zərərlidir”.
Mürtəza
Gununsesi.info