Bəzi Qərb ölkələri artıq “yoruldu” – KULEBA

  • By admin
  • 31 Mart 2022 23:23

Açıq desək, bəzi Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalardan yorulduqlarını müşahidə edirəm. Əlbəttə, Polşa o ölkələrdən deyil. Polşa Rusiyaya təzyiqlərin gücləndirilməsini istəyən ölkələrin ilk sırasındadır.

Gununsesi.info RİA-ya istinadla xəbər verir ki, bu sözləri Ukrayna XİN rəhbəri Dmitri Kuleba Polşa mediasına açıqlamasında deyib.

“Mən Rusiya iqtisadiyyatına ciddi zərbə olacaq əlavə sanksiyaların tətbiqi baxımından “yorğunluq” görürəm. Biz bu “yorğunluğu” aradan qaldırmaq üçün çalışırıq. Ukraynalılar sanksiya sahəsində edilənlərə görə çox minnətdardır, ancaq daha çoxuna ehtiyac var”, – o bildirib.

Gununsesi.info