“Bəzi təhsil sahələri sıradan çıxır…” - NAZİRİN MÜAVİNİ

  • By admin
  • 30 Yanvar 2017 11:19

?????????????????????????????????????????????????????????

“Sosial-iqtisadi inkişafın tələblərinə uyğun olaraq, təhsil sahəsində bir sıra peşələr, bəzi hallarda təhsil sahələri sıradan çıxır, yaxud yeniləri ilə əvəzlənir”.

Gununsesi.info-nun xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov UNEC-də keçirilən “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfransda bildirib ki, bu gün süni intellekt proqramları əqli əməyi əvəzləməkdədir.

Nazir müavini qeyd edib ki, Dünya İqtisadi Forumunun yeni iş yerləri ilə bağlı tədqiqatlarına əsasən, 2015-2020-ci illərdə ofis və inzibatı sahələrdə 4,8 milyon, istehsalatda 1, 6 milyon, mədən və tikinti sahəsində 0, 5 milyon iş yerinin azalması gözlənilir. Tədqiqatların nəticələrinə görə, biznes və maliyyə sahəsində yarım milyon, idarəetmə, kompüter və fundamental tətbiqi elmlər, marketinq, satış sahəsində yüz minlərlə yeni iş yerinin yaradılması planlaşdırılır.

Gununsesi.info