Bəzi tələbələr maliyyə çətinliyinə görə təhsillərini davam etdirə bilmirlər - Vahid Əhmədov

  • By admin
  • 30 Sentyabr 2019 13:39

Deputat Vahid Əhmədov Milli Məclisin iclasında Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə bağlı məsələ qaldırıb. 

Gununsesi.org xəbər verir ki, deputat Azərbaycanın daxili bazarında monopoliya olduğunu deyib.

“Cənab Prezidentin imzaladığı Strateji Yol Xəritəsində faktiki olaraq 2019-cu ildə Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə bağlı məsələ var. Ancaq 2019-cu il başa çatır və biz Rəqabət Məcəlləsini qəbul etməmişik. Çox xahiş edirəm, bu məsələ gündəliyə salınsın”.

Deputat təhsil kreditəri barədə məsələyə də toxunub.

“İkinci vacib məsələ təhsil kreditləri ilə bağlıdır. Hesab edirəm ki, bu qanun layihəsi üzərində işləmək olar. Təhsil kreditləri çox vacib hadisədir. Həddindən artıq müraciətlər çoxdur. Faktiki olaraq bəzi  tələbələr maliyyə çətinliyi ucbatından təhsillərini davam etdirə bilmirlər və təhsillərini yarımçıq qoyurlar”.

V.Əhmədov bak sistemindəki problemlərə də diqqət çəkib. Onun sözlərinə görə, hələ də banklarda faiz dərəcələri yüksəkdir.

Deputat Milli Məclisdə bank rəhbərləri ilə görüş keçirilib müzakirə aparılmasnının vacibliyini də qeyd edib.

Gununsesi.org