B12 vitamininin ƏVƏZOLUNMAZ FAYDALARI

  • By admin
  • 22 İyun 2017 22:30

b_520_0_16777215_0___images_stories_008MAY_vitaminlerr

 

Yaşlılıq dövründə görülən ağlını itirmə və yaddaşsızlıq kimi narahatlıqların əsas səbəblərindən biri vitamin əksikliyidir.

Sherg.az-ın məlumatına görə, xüsusilə B12 vitamini yaşlı təbəqə üçün daha faydalıdır. Bəzi tədqiqatların nəticələrində deyilir ki, vegeterianlar və yaşlı təbəqə üçün bitki mənşəli qida beynin inkişafına kömək etmir, əksinə onun fəaliyyətinə mənfi təsir edir. Aydındır ki, vegeterianlar bu qidalardan özlərini məhrum edirlər.

Bu vitamin isə yorğunluq, depressiya və xroniki yorğunluq sindromu keçirən xəstələrə şəfa verir. B12 vitamini gözlərin və dərinin sağlamlığı üçün də vacibdir. Həmçinin qidanın orqanizm tərəfindən yaxşı həzm olunması üçün lazımdır.

Bu vitamin süddə, ət məhsullarında (qaraciyər, ürək və böyrəkdə), kələmdə, yumurtada, mayada kahıda və s. qidalarda olur. Sutka ərzində 2 milliqram B12 vitamini qəbul etmək lazımdır.

Bu vitamin siqaretin verdiyi zərəri azaldar. Bədəndə olan enerjini ortaya çıxardır.

Onuda qeyd etmək lazımdır ki, B12 vitamin əksikliyi MS xəstəliyi, herpes, nevrologiya, şəkər xəstəliyi kimi immunitet sistemi xəstəliklərinə səbəb ola bilər.

Bu baxımdan yaşlı təbəqə və vegeterianlar daxil olmaqla bütün yaş qrupları qida rasionuna ciddi fikir verməli, vitamin əksikliyinə diqqət etməlidirlər.

 

 

Gununsesi.info