Baba və nənə nə zaman aliment ödəməlidir?

  • By Admin2
  • 01 Avqust 2025 13:08

Aliment məsələlərinin əksər hallarda problem yaratdığı məlumdur.

Ancaq sual olunur, bəs baba-nənə necə, onlar da aliment ödəyə bilərlərmi?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Uğur Əliyev danışıb.

O, deyib:

“Yardıma ehtiyacı olan nəvələr, əgər öz ata-analarından aliment ala bilmirlərsə, bu zaman alimenti pulu olan baba və nənədən ala bilərlər. Bunun üçün əvvəlcə mediasiaya, daha sonra isə məhkəməyə müraciət edilməlidir. Bu qanun ailə məcəlləsinin 89-cu maddəsində öz əksini tapıb”.

Afət

Gununsesi.info