Bacı-qardaş pulqabıya görə saxlanıldı

  • By admin
  • 03 Dekabr 2019 15:45

Yevlax rayonunda oğurluq hadisəsi baş verib. 

Gununsesi.org xəbər verir ki, hadisə noyabrın 29-da qeydə alınıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində G.Hüseynovaya zor tətbiq edərək içərisində 437 manat və qızıl qolbaq olan pulqabısını almaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Onlar Yevlax rayon sakinləri M.Bəkirova və qardaşıdır.

Gununsesi.org