Bacı-qardaş yol qəzasında xəsarət aldı - FOTO

  • By admin
  • 24 Mart 2017 13:36

haciqabulda-bash-veremn-yol-qezasi-1

Hacıqabul rayonunda minik və yük avtomobilləri toqquşub, nəticədə bacı və qardaş yaralanıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisində “Opel” markalı, 99 DA 226 dövlət nömrə nişanlı avtomobil “KaMAZ” markalı, 24 BE 964 dövlət nömrə nişanlı  yük avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilində olan sərnişinlər – Lənkəran rayonunun Nüvədi kənd sakinləri, 1969-cu il təvəllüdlü Məmmədova Yeganə Şöyüb qızı və onun qardaşı, 1963-cü il təvəllüdlü Məmmədova Atəş Şöyüb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər Xəstəxanasına yerləşdiriliblər.

Gununsesi.info