
Baxmayaraq ki, yataqxanada yaşayırdıq, lakin çox xoşbəxt idik.
Kult.az xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev ailəsi haqda danışarkən deyib. O, çox kasıb olduqlarını bildirib:
“Sakit ailədə böyümüşəm, özüm də sakit uşaq olmuşam. Kasıb bir ailədə böyümüşəm. O qədər kasıb deyildik ki, acından ölək, ancaq elə şeylər var idi ki, onu almaq istərdim, amma imkanımız çatmazdı. Mən yataqxanada böyümüşəm. Misal üçün, yay gələrdi, amma bizim xiyar, pomidor almağa imkanımız çatmazdı. Şükürlər olsun bu günə. Atamı, anamı incidən bir uşaq olmamışam. Bacım çox dəcəl olub. O, çox döyülüb, mən yox. İndinin özündə də həmişə atam deyir ki, yazıq qızın başına vurmuşam, amma sən “juk” olmusan, həmişə vəziyyətdən çıxmağı bacarmısan. Uşaqlıqdan böyüklərin anlayacağı şeyləri anlamışam. Ona görə həmişə sakit olmağa çalışmışam”.
Gununsesi.info