
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə hakim Səbuhi Hüseynovun sədrliyi ilə məhkəmə prosesi davam etdirilib.
Gununsesi.info-nun xəbərinə görə, prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, İ. Quliyevanın bacısı İradə Həsənova ifadə verib.
İ.Həsənova səhhəti ilə əlaqədar olaraq danışmağa çətinlik çəkdiyini deyib. Lakin ifadəsində bildirib ki, ibtidai istintaqa verdiyi bütün ifadələrini təsdiqləyir.
İradə Həsənova M. Hüseynovanın qanun çərçivəsində cəzalandırılmasını istəyib.
Proses sentyabrın 27-də davam etdiriləcək.
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
Xatırladaq ki, İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.
Gülnaz Qənbərli
Gununsesi.info