Bacısına 189 bıçaq zərbəsi vuran qadının cəzası bəlli oldu - FOTOLAR

  • By admin
  • 26 Sentyabr 2019 20:18
Bacısına 189 bıçaq zərbəsi vuraraq onu öldürən 22 yaşlı Yelizaveta Dubrovina üç il psixiatrik xəstəxanada müalicə aldıqdan sonra məhkəmə qarşısına çıxarılıb.
Gununsesi.org xəbər verir ki, məhkəmə qarşısına çıxarılan Y.Dubrovina 25 il müddətinə azadlıqdan məhrum edilib. Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan 17 yaşlı model Stefaiya Dubrovina 2016-cı ildə adı açıqlanmayan 42 yaşlı bir adamın evində ölü tapılıb.
Polisin araşdırmasından sonra məlum olub ki, S.Dubrovinanı bacısı Y.Dubrovina öldürüb. Ona 189 bıçaq zərbəsi vuran qəddar qadın bacısının qulağını kəsərək, gözlərini çıxarıb.
Yelizaveta cinayəti törədərkən 19 yaşında olub. O, psixoloji problemlərinə görə üç il müalicə olunub. Məhkəmə isə ona heç də güzəşt etməyib.
Gununsesi.org