Bacısını öldürənin məhkəməsi başladı

  • By admin
  • 16 Noyabr 2016 11:27

 bicaq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə bacısını qətlə yetirməkdə təqsirləndirilən Emin Çobanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçrilib.

Gununsesi.info-nun xəbərinə görə,  prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il mayın 26-da Nərimanov rayonu Faiq Yusifov küçəsi bina 36, mənzil 42 ünvanında baş verib. Səhər saatlarında E.Çobanov münaqişə zəminində bacısı Rübabə Çobanovanı mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Cinayət baş verən əraziyə gələn polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu müvafiq ekspertiza təyin ediblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində E.Çobanov saxlanılıb.

Gülnaz Qənbərli

Gununsesi.info