
Lənkəran şəhərində 5 il əvvəl törədilən və bu günlərdə üstü açılan qətl hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.
Gununsesi.info-nun xəbərinə görə, bacısıni qətlə yetirən qardaş hadisədən sonra onu axtarmaq üçüntele-aparıcı Xoşqədəm Baxşəliyevanın müəllifverilişinə müraciət edib. Belə ki, telekanala müraciət edən F.Ağayev qətlə yetirdiyi bacısının fotosunu nümayiş etdirməklə onun tapılması üçün tamaşaçılardan yardım da istəyib.
Qeyd edək ki, bacısını qətlə yetirən Fuad Ağayevin ailəsində 10 bacı-qardaşdırlar.Onlardan 5-i oğlan, 5-i isə qızdır. Qətlə yetirilən bacı ailənin ortancıl aızıdır. Öldürülən bacının yoxa çıxmasından sonra anaları xəstəliyə tutulub və çox keçmədən vəfat edib.
Gülnaz Qənbərli
Gununsesi.info