Bacısını qısqandı, başını kəsdi

  • By admin
  • 08 İyun 2016 22:52

qetl

Samuxda qardaş bacısının başını kəsib. Gununsesi.info Kəpəz TV-yə (Region TV) istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Hacallı kəndində qeydə alınıb.

32 yaşlı Cavad Həsənov bacısı 30 yaşlı Gülnarə Həsənovanı elə mərhumun evində qətlə yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. Gülnarə Həsənova ailəsindən boşanıb və bir uşağı var.

Faktla bağlı araşdırmalar aparılır.