
Şəmkir rayonunun Könüllü kəndində qardaş -iki uşaq anası olan bacısını vəhşicəsinə döyüb. Gununsesi.info-nun xəbərinə görə, 1984-cü il təvəllüdlü Məhəmmədov Seymur Tofiq oğlu bacısı Məhəmmədova S.Tofiq qızına ağır dərəcli bədən xəsarətləri yetirib.Onu ölümcül vəziyyətdə Şəmkir rayon Mərkəzi xəstəxanasına gətiriblər. Ayılandan sonra S.Məhəmmədova polisə şikayət etsə də, buna qədər bir neçə dəfə xuliqanlıq etmiş Seymur Məhəmmədovu nə həbs ediblər, nə də ona gözün üstə qaşın var deyən olmayıb. Hadisə mayın 22-də olsa da, döyülən xanım evə indi buraxılıb və elə məhz bu gün də 102-yə şikayət edib, həmçinin mediayaya müraciət ünvanlayıb. Zərəçəkmişin sözlərinə görə, hadisəyə səbəb ona çatacaq pulu qardaşından istəməsi olub. Pulu verməkdən imtina edən “cəsarətli qardaş” bacsına hücum edib və onu amansızlıqla döyüb.
Gununsesi.info