
Babasil – insanlar arasında ən çox təsadüf edilən xəstəliklərdən hesab edilir.
Gununsei.info Rusoya KİV-nə istinadən xəbər verir ki, xəstəlik düz bağırsağın ən aşağı hissəsində, selikli qişanın altında yerləşən venoz damar toxumasının (düyünlərin) patoloji şəkildə dəyişməsi nəticəsində yaranır.
Babasilin risk faktorlarına xəstəliyə irsi meylliliyin və bədən çəkisinin normadan artıq olması, uzun müddət ərzində ayaq üstə və ya oturaq vəziyyətdə işləmək, ağır əşyaların qaldırılması, xroniki qəbizlik, alkoqollu içkilərin xeyli miqdarda qəbulu, tez-tez kəskin, qıcıqlandırıcı qidaların qəbul edilməsi, təkrar hamiləliklər (xüsusən də uşağın ölçülərinin böyük olması və çoxdöllü hamiləlik zamanı) və s. aiddir.
Son illərdə babasil xəstəliyinə daha çox rast gəlinir. Belə hesab olunur ki, dünyada yaşayan insanların yarısından çoxu babasil xəstəliyinin müxtəlif formalarından əziyyət çəkir. Təbii ki, babasil mütləq müalicə olunmalıdır. Gecikmiş mərhələlərdə xəstəlik çox ağır fəsadlar verir. Babasilin yaranmasının əsas səbəbi qəbizlikdir. Xalq təbabətində babasilə və qəbizliyə aid bir sıra müalicə üsulları var.
Bu xəstəliyi yaxşılaşdıran təbii müalicə üsullarından bir neçəsini təqdim edirik: mmaraqlıdır ki, heç kimin ağlına gəlməzdi ki, babasildən qurtulmaq üçün badımcanın kəsib atdığımız saplaqları işə yarayar.
10 ədəd badımcanın yaşıl sap hissəsini 10 stəkan su ilə qaynadın. Bu sudan səhər axşam bir stəkan için. Beşinci gün babasil deyə bir dərdiniz qalmayacaq. Suda bişmiş çuğundur da babasil xəstəliyində təbii dərmanı kimi istifadə olunur. Babasil xəstəliyi zamanı buzlu su ilə vanna etmək də faydalıdır. Lakin uzun müddət belə vannada əyləşmək də ziyandır. Odur ki, buz vannasının müddəti bir neçə saniyədən maksimum bir dəqiqəyə qədər davam etməlidir. Buzu tək adi sudan deyil, həm də bitki məhlullarından hazırlamaq olar. Həkimlər buzun babasil ağrılarına yaxşı təsir etdiyini söyləyirlər. Palıd qabığı və çobanyastığı dəmləmələri ilə hazırlanan vannalar da babasil ağrılarını azaldır.
Qəbizliyi olan insanlar üçün ən sadə üsul 1 çay qaşığı buğda kəpəyinin üzərinə ¼ stəkan ilıq su əlavə edib, 10-15 dəqiqə saxladıqdan sonra içmək lazımdır. İlk 2-3 gün ərzində buğda kəpəyindən 1-2 çay qaşığı istifadə etmək, nəticə alınmadığı halda isə gün ərzində qəbul edilən bugda kəpəyinin miqdarını tədricən 5-6 çay qaşığına qədər artırmaq olar. Nəcis ifrazı normallaşdıqdan sonra gün ərzində qəbul edilən bugda kəpəyinin miqdarını tədricən azaldaraq 1-2 çay qaşığına çatdırmaqla uzun müddət ərzində qəbul etmək tövsiyə olunur.
Daha maraqlı üsul da var. Kartof yuyulur duzlu suya qoyulur, 1-2 saatdan sonra kartofun içinin zoğu balaca çeçələ barmaq enində kəsilir və düz bağırsağa qoyulur. Babasil əriyənə kimi edilir. Bu təbii vasitələrdən istifadə edin çox effektli üsullardır. Tezliklə babasil deyə bir dərdiniz olmayacaq.
Gülnaz Qənbərli
Gununsesi.info