Bağça müəllimləri üçün sertifikasiya imtahanı nə vaxt olacaq?

  • By Mina
  • 04 Aprel 2024 17:06

Məktəbəqədər təhsil müəssisələrində ixtisası üzrə işləməyən tərbiyəçi müəllimlər var.

 

Gununsesi.info xəbər verir ki, xəbər verir ki, bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib.

 

O bağça müəllimlərinin sertifikasiyası ilə bağlı məsələyə də aydınlıq gətirib.

 

İlahə Rəsulova qeyd edib ki, bu il bağça müəllimlərinin sertifikasiyası gözlənilmir:

 

“Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi müəllimləri üçün 2026-cı ildə sertifikasiya gözlənilir. Amma ondan əvvəl diaqnostik qiymətləndirmə aparmaq istəyirik ki, sertifikasiyaya qədər vəziyyəti aydınlaşdıraq. Bundan sonra hər hansı qaydalar olduqca, məlumat veriləcək. Ola bilsin sertifikasiyanın hansısa mərhələsi 2025-ci ildə olsun”.

Gununsesi.info