Bağçaya müdir təyin etmək adı ilə dələduzluq edən şəxsə hökm oxundu

  • By admin
  • 23 Yanvar 2017 16:36

mehkeme-huquq-300x239

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlham İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Tarif Nəsirov çıxış edib.

O, İ. İsmayılova yüngül cəza verilməsini məhkəmədən xahiş edib.

Sonra hakimlər kollegiyası müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, İ. İsmayılov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ. İsmayılov Bakı sakini Dilşad Şahbazovanı bağçaya müdir təyin edəcəyini deyərək, ona qarşı 35 min manat məbləğində dələduzluq edib.

Gununsesi.info