Bağdad hakimiyyəti su problemi ilə üzləşib - YAXIN ŞƏRQDƏ YENİ MÜHARIBƏ BAŞLAYIR

  • By admin
  • 04 İyul 2017 16:10

muharibe-su

Neft müharibələrindən başı ayılmayan Yaxın Şərqdə su müharibələri başlayır.

Gununsesi.info-nun publika.az-a istinadən verdiyi məlumata görə, İran iki gün öncə öz torpaqlarından başlayaraq, Şimali İraqa, oradan isə İraqa axan Kiçik Zap çayı üzərindəki Silve, Visk və Kolse baryerlərinin qarşısını kəsib. İran rəsmiləri quraqlığı səbəb göstərərək, baryerləri ən azı 60 gün ərzində bağlı tutacaqlarını açıqlayıb.

Şimali İraq Kürd Muxtariyyəti isə İranın yolunu gedərək, Bağdada gedən suyun yolunu kəsib. Su problemi ilə üzləşən Bağdad hakimiyyəti narahatdır.

İranın Kənd Təsərrüfatı Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, Ərbilin suyu kəsmə qərarı cənub hövzələrində su qaynaqlarının gələcəyini təhlükə altına atır: “Ərbil bu qərarı verərkən, qonşu ölkələri səbəb göstərir. Ümid edirik ki, Türkiyə və İran bu məsələdə lazımi mövqe sərgiləyəcəklər”.

Şimali İraq Kürd Muxtariyyəti isə yaydığı açıqlamada bildirib ki, İranın Zap çayındakı baryerləri bağlaması Kale Dize sərhədində yaşayan 90 min insanın içməli su problemi ilə üzləşməsinə səbəb olub.

“Əkinçilik və balıqçılıq təsərrüfatları böyük zərər görüb. Dokan hövzəsində suyun səviyyəsi 60 faiz azalıb. Bu sudan İraq da faydalanır. İranın Ərbildəki baş konsulluğu ilə görüşlər keçirtdik, lakin indiyə qədər suyun buraxılması ilə bağlı heç bir nəticə əldə edə bilməmişik. Buna görə də Derbendixan və Dokan hövzələrindən İraqa verilən suyun qarşısını kəsmək məcburiyyətində qalacağıq”, – deyə açıqlamada bildirilir.

İranın bu addımı bölgədə neft müharibəsindən sonra yeni bir böhrana yol açacağı ehtimalını artırır. Rəsmi Bağdad Tehranın suyu siyasi şantaj olaraq istifadə etdiyini hesab edir. Bu metod İran-İraq müharibəsində də istifadə edilmişdi.

İraq rəsmiləri “İran su üzərindən kürdləri və ərəbləri tərbiyə etməyə çalışır” deyə bildiriblər. Onların fikrincə, quraqlığa görə Türkiyə Fərat və Dicle çaylarının önünün kəsməsi böyük problemlərə yol aça bilər. Ümumilikdə bölgədə su qarşıdurmasının ciddi böhrana səbəb olacağı hesab olunur.

Gununsesi.info