Bağdad kürd muxtariyyəti ilə əlaqələri kəsəcək

  • By admin
  • 26 Sentyabr 2017 22:10

iraq

İraq hökuməti kürd muxtariyyətindən üç gün ərzində bölgədəki havalimanları üzərində nəzarəti rəsmi Bağdada verməyəcəyi təqdirdə, regionla hava əlaqəsinə qadağa qoyacağını bəyan edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İraqın Nazirlər Kabinetinin bəyanatında deyilir.

Qeyd edək ki, bundan əvvəl İraqın Nazirlər Kabineti muxtariyyət rəhbərliyindən bölgədəki sərhəd-buraxılış məntəqələri üzərində nəzarəti rəsmi Bağdada verməyi, xarici ölkələrdən isə muxtar bölgə ilə neft sahəsində əməkdaşlığa son qoymağı tələb edib.

Xatırladaq ki, ötən gün İraqın şimalındakı kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Səsvermənin nəticələri sabah elan ediləcək.

İraq hökuməti referendumu qeyri-legitim elan edib. Referenduma qarşı həmçinin Türkiyə, İran, ABŞ və BMT çıxış edib.

Gununsesi.info