Bağdadda 25 nəfər ölüb – Xalq etirazları davam edir

  • By arzu
  • 07 Dekabr 2019 14:55

İraqın paytaxtı Bağdadda silahlı şəxslərin etirazçılara hücumu nəticəsində ən azı 25 nəfər ölüb.

Gununsesi.org-un APA-ya istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 130 nəfər yaralanıb.

Dekabrın 6-da axşam saatlarında mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilani meydanına gələrək burada toplaşan nümayişçilərə atəş açıb. Atışmanın bir neçə saat davam etdiyi bildirilir.

Silahlı təxribatın arxasında kimin dayandığı hələ ki, müəyyənləşdirilməyib. Lakin bildirilir ki, hücum nümayişçilərə qarşı dəfələrlə silah işlətməkdə ittiham olunan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən təşkil olunmayıb.

Xatırladaq ki, İraqda yaşayış şəraitinin pisləşməsi, artan işsizlik, korrupsiyaya qarşı oktyabrın 1-dən etibarən etirazlar başlayıb. Etirazlarda 400-dən artıq şəxs həlak olub, minlərlə insan yaralanıb və həbs edilib.

Ölkənin baş naziri Adel Abdul Mahdi öz istefasını parlamentə təqdim edəcəyini bildirib.

Gununsesi.org