
Bağdadın şimalında terrorçu-kamikadzenin hücumu nəticəsində azı iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, İraq Daxili İşlər Nazirliyindəki mənbə terrorçu-kamikadzenin əş-Şula rayonunda polis nəzarət-buraxılış məntəqəsi yaxınlığında özünü partlatdığını bildirib.
Polisin ilkin hesablamasına görə, terror qurbanları arasında hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı da var. Qeyd edilib ki, ölənlərin sayı arta bilər.
Gununsesi.info