Bağdadda güclü partlayış: dağıntılar altında qalanlar var

  • By admin
  • 29 May 2022 14:22

İraqın paytaxtı Bağdadın mərkəzində partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, məlumata görə, partlayış nəticəsində restoranın binası uçub.

İlkin ehtimallara görə, hadisə qaz kəmərinin partlaması nəticəsində baş verə bilər. Qurbanların dəqiq sayı barədə hələ məlumat verilmir.

Bir neçə nəfər dağıntılar altında qaldığı qeyd olunub. Hadisə yerində xilasetmə işləri aparılır.

Gununsesi.info