
İraqın paytaxtı Bağdadın Tarimiye rayonunda hərbçiləri daşıyan avtomobilə bombalı hücum nəticəsində 4 hərbçi ölüb.
Gununsesi.info “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın Müdafiə Nazirliyinə məxsus ofisin yaydığı yazılı açıqlamada bildirilib.
Hücumun məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.
Gununsesi.info