İraqın paytaxtı Bağdadda törədilən partlayış nəticəsində 9 dinc sakin ölüb və yaxud yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident şəhərin cənub-qərb hissəsində qeydə alınıb.
Parlayış terrorçu-kamikadze tərəfindən törədilib. İlkin məlumata əsasən, terrorçu-kamikadzelərdən biri özünü partladıb, digəri hərbçilər tərəfindən zərərsizləşdirilib.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Gununsesi.info