Bağdadda Qətər problemi müzakirə olunacaq

  • Müəllif: admin
  • 06 İyun 2017 12:49

03

“Qətər problemini həll ilə bağlı Türkiyə, İran və İraq Bağdadda bir araya gələcəklər”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İranın Siyasi məqsədəuyğunluq üzrə şurasının katibi Möhsün Rezaiyi öz “Tvitter” hesabında yazıb.

Belə ki, M.Rezaiyi tədbirin nə zaman keçiriləcəyi ilə bağlı tarix haqda hələlik heç bir məlumat verməyib.

Qeyd edək ki, iyunun 5-də Qətər dövlətini terrorçu qrupları dəstəkləməkdə günahlandıran Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Yəmən və Maldiv bu ölkə ilə bütün diplomatik əlaqələrini kəsib.

Anar

Gununsesi.info