Bağdadinin öldürülməsindən sonra ABŞ hərəkətə keçdi - 5 YERDƏ BOMBA HƏYƏCANI

  • By admin
  • 28 Oktyabr 2019 10:45
İŞİD lideri Əbubəkr Bağdadinin İdlibdə əməliyyat keçirilərək öldürülməsindən sonra Nyu-York polisi bomba həyəcanıyla hərəkətə keçib. Şəhərdə xilasedici və tibbi yardım briqadasına beş yerdə bomba olmasıyla bağlı məlumat daxil olub.
Gununsesi.org xəbər verir ki, dünən 15:30 radələrində verilən məlumatdan sonra polis bir neçə binanı boşaldım. Lakin məlumatın sonradan əsassız olduğu öyrənilib.
Qeyd edək ki, Ağ evdə verdiyi açıqlamada ABŞ prezidenti Donald Tramp İŞİD lideri Bağdadinin öldürülməsini bütün dünyaya elan etmişdi: “Bağdadi üç uşağıyla birlikdə öldürüldü. Onun öldürülməsiylə şidət və acıya yol açan bir qatil yox edildi. Bir it, qorxaq kimi öldü. Artıq dünya daha güvənli bir yerdi. Bir neçə həftəydi ki, izləyirdik. Tez-tez yerini dəyişdirirdi, amma sonunda yerini müəyyənləşdirdik. Gizləndiyi yerdə tunellər var idi, səkkiz helikopterlər və canlı qüvvəylə tunelləri partladıb hücuma keçdik”.
Gununsesi.org