Bağlanan 10 bankın əmanətçilərinə 708 milyon manatdan çox kompensasiya ödənilib

  • By admin
  • 24 Noyabr 2016 17:25

asm

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan Gununsesi.info-ya verilən məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 mln. 862 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 mln. 306 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 192 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 21 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 125 mln. 381 min manatdan artıq kompensasiya verilib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 218 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 926 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 144 min manatdan artıq kompensasiya ödənilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 147 min manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 81 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 205 min manatdan artıq kompensasiya ödənilib.

“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 421 mln. 669 min manat artıq kompensasiya ödənişi baş tutub.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 708 mln. 399 min manatdan artıq kompensasiya ödənilib.

Gununsesi.info