Bağlanan bankların əmlakı satışa çıxarılır

  • By admin
  • 22 İyul 2016 13:40

bank

 

Bağlanan bankların əmlakı satışa çıxarılır. Gununsesi.info xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondunun ləğvedicisi olduğu bankların əmlaklarının satışına başlanacaq. “Bu yolla onların borclarını bağlamağ çalışacağıq. Bilirsiniz ki, bankların mülkiyyətində müxtəlif əmlaklar, kompüterlər və digər avadanlıqlar var. Dəyəri böyük olan əmlakların sayı azdır və bu əmlaklar qiyməti beynəlxalq qiymətləndirici şirkətlər tərəfindən müəyyən ediləcək. Bundan sonra, dəyəri yüksək olan əmlaklar hərraclar vasitəsilə satılacaq”.

A. Cavadov deyib ki, ləğv olunan banklarının əmlakının satışıa çıxarılması ilə bağlı xüsusi olaraq “emlak.adif.az” saytı yaradılacaq: “Bundan başqa, müflis elan edilmiş bankların əmlaklarının icarəsi də mümkün olacaq”. A.Cavadovu onu da əlavə edib ki, kompensasiyaların verilməsi üçün hələ ki agent bank seçilməyib: “Bu, məhkəmənin sığorta hadisəsinin baş verməsi ilə bağlı qərarından sonra bəlli olacaq”. Ləğv edilmiş bankların əmanətlərinin ümumi həcmi barədə məlumat verən A.Cavadov deyib ki, “Dekabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 5 mln. 585 min manat təşkil edir: “Bu bankda qorunan əmanətlərin cəmi 3 mln. 767 min manat, kompensasiya olunan əmanətlərin isə 2 mln. 807 min təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir”. “Parabank” ASC-yə gəldikdə isə A.Cavadov deyib ki, bu bankda fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 103 mln. 969 min manat, qorunan əmanətlərin cəmi 61 mln. 949 min, kompensasiya olunan əmanətlərin isə 54 mln. 885 min təşkil edir. ““Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 53 mln. 632 min manat, qorunan əmanətlərin cəmi 53 mln. 631 min, kompensasiya olunan əmanətlərin isə 36 mln. 350 min təşkil edir. “Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 24 mln. 272 min manat, qorunan əmanətlərin cəmi 20 mln. 956 min, kompensasiya olunan əmanətlərin isə 32 mln. 914 min təşkil edir”-deyə, A.Cavadov vurğulayıb.

 

Mürtəza