Bağlanmış bankların əmanətçilərinə nə qədər kompensasiya ödənilib?

Bağlanmış AtaBank, Amrahbank, NBC Bank və AGBank-ın əmanətçilərinə sığortalanmış əmanətlərə görə təqribən 628,37 milyon manat təzminat ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan Gununsesi.info-ya verilən məlumata görə, AtaBank-ın 9,79 min əmanətçisi 243,8 milyon manat, Amrahbank-ın 5,8 min əmanətçisi 140 milyon manatdan çox, AGBank-ın 4,7 min əmanətçisi təxminən 113,2 milyon manat, NBC Bank-ın 4,22 min əmanətçisi 131,295 milyon manatdan çox təzminat alıb.

HTML tutorial

AtaBank və Amrahbank əmanətçilərinə təzminat ödənişi 1 iyun 2020-ci il tarixindən etibarən Kapital Bank ASC-nin debet kartları vasitəsi ilə nağdsız qaydada həyata keçirilir. AGBank ASC-də və NBC Bank ASC-də sığortalanmış əmanətlərə görə kompensasiya verilməsi üçün seçilən agent bank isə Azərbaycan Beynəlxalq Bankı ASC-dir. Bu bankların müştərilərinə ödənişlər 16 iyun 2020-ci ildən etibarən başlayıb.

Gununsesi.info