
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və Nəcəfov Fəxrəddin Fərman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 11:54-də başa çatıb.
Anar
Gununsesi.info












