Bu gün tanınmış publisist, yazıçı, respublikanın əməkdar jurnalisti Bahəddin Həzinin “Ölümcül həqiqətlər” kitabının imza mərasimi keçirildi.
Kitabda müəllifin son illərdə qələmə aldığı publisistik məqalələr, esselər, tanınmış şəxsiyyətlərin portretləri, yol qeydıəri, bədii hekayələri, eləcə də, “Yadımdakı Qarabağ” poeması yer alıb. Eyni zamanda kitaba Bahəddin Həzi öz avtoboqrafik povestini daxil edib.
Əsər “Həyatımın ölümcül həqiqətləri” adlanır. Müəllif öz yazılarında ölkədə və dünyada baş verən hadisələri maraqlı, orjinal rakursdan şərh edir. Kitabın imza gününə jurnalistlər, deputatlar, ictimaiyyət nümayəndələri gələrək, müəlliflə görüşüb, öz fikirlərini paylaşdırlar. Müəllif onlara imzalı kitabını hədiyyə etdi. Xatırladaq ki, Kitabı “Qanun” Nəşrlər Evi çap edib.
Bahəddin Həziyev 1965-ci il aprelin 28-də Füzuli rayonunun Seyidəhmədli kəndində dünyaya gəlib. Bakı Dövlət Universitetini bitirən Bahəddin Həziyev jurnalistikaya gənclik illərində başlayıb. Yazıçılar Birliyi yanında Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzində, “Xazar” jurnalında, Turan İnformasiya Agentliyində, “Azadlıq”, “Çağ”, “Avrasiya” və “Eksperess” qəzetlərində, eləcə də “Azadlıq” radiosunda işləyib.
Və Bahəddin Həzi “Ölümcül Həqiqətlər”ində deyir:
“Beləcə, anlayacaqsan: həyatda aldığımız hər zərbə bizə hədiyə edilən bir yeni həyat həqiqətiymiş demək ki…
Və mən, anladığınız kimi, o cür zərbələrə çox “qonaq” edildim həyatımda. Sonuncu belə zərbədən az qala həyatımı itirəcəkdim…
…2006-cı il mayın 19-da səhər çağı indiki Kliniki Tibbi Mərkəzin reanimasiya otağında həkimimin mənə dediyi ilk söz bu olmuşdu: “Sən təsadüfən salamat qalmısan”.
Deməli, həqiqət axtaran adamların varlığı xoşbəxt təsadüflərdən asılıdır. Çünki onların bütün həyatı “bədbəxt zərurətlər” üzərində qurulub, eləmi?!
Vallah, əcəb də optimistəmmiş! Nə deməzsən!
…Bu günlük həqiqətlər bu qədər! Sonrası sonra…”
Bahəddin Həzini daha yaxından tanımaq istəyənlər, jurnalsitikanı öyrənmək üçün bu kitab qaçırılmaz fürsətdir…
Gununsesi.info