Bahalı avtomobil nömrələri -PARLAMENT YENİ QİYMƏTLƏRİ MÜƏYYƏN ETDİ

  • By admin
  • 03 Dekabr 2021 13:48

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Gununsesi.info xəbər verir ki, layihə avtomobil nömrələri ilə bağlıdır.

Təklif olunub ki, 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000, seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat, 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 2000, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulsun.

Dəyişiklik layihəsi qəbul edilib.

Qeyd edək ki, Azərbaycan reallığında bu nömrələrin qiyməti qanunla nəzərdə tutulan məbləğdən dəfələrlə  baha olub.

Gununsesi.info