Bahar Muradova hansı insan hüquqlarından danışır?

  • By admin
  • 16 İyun 2016 11:40

Bahar

 

“Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı qanunverici baza var”. Gununsesi.info-nun məlumatına görə, bu haqda Milli Məclisdə bu gün keçirilən “18 – iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü” ilə əlaqədar dinləmələrdə parlament sədrinin müavini Bahar Muradova deyib. Onun sözlərinə görə, Azərbaycanın bu sahədə özünəməxsus təcrübəsi mövcuddur: “Ombudsman insititunun yaranması mühüm məsələdir. 2001-ci ildə Elmira Süleymanova Ombudsman Aparatına rəhbərlik edir. O, bu istiqamətdə bir sıra mühüm addımlar atıb. Əlbəttə ki, insan hüquqlarının təmin edilməsi qanunverici bazadan asılıdır. Azərbaycanda bu istiqamətdə hər şey təmin edilib. Məhkəmələr də bu hüquqların təmin olunmasında dövlətin maraqlarına cavab verir“-, deyə o bildirib. B.Muradova daha sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz olduğunu vurğulayıb: “Müstəqillik əldə etdikdən sonra ölkəmizdə insan hüquq və azadlıqları təmin edilir. Biz bir bu istiqamətdə çətinlikləri arxada qoymuşuq. Artıq, Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır”.

Amma Bahar Muradovanın söylədiklərindən fərqli olaraq, Azərbaycan insan hüquqlarının pozulduğuna görə, dünya ölkələri arasında ön sıradadır. Dünyanın ən nüfuzlu qurumları ölkəmizi həmişə insan hüquqlarının durumuna görə, tənqid edir.

Mürtəza Bünyadlı