“Qənirənin itkisi ilə barışmırıq”.
Gununsesi.info bildirir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı deyib.
Onun sözlərinə görə, hər kəs möcüzə gözləyirdi:
“Demək olar ki, hamının diqqəti bu məsələyə yönəlmişdi. Hər kəs möcüzə gözləyirdi. Təəssüf ki, möcüzə baş vermədi. Heç kəs Qənirə xanımın itkisini qəbul etmək istəmir. Düşünürəm ki, onun əməlləri və gördüyü işlər külliyyat halında toplanacaq, çap olunacaq. Onun itkisi ilə barışmırıq və qəbul etmirik”.
Gununsesi.info