Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunan xüsusi iclasında vitse-spiker Bahar muradova YAP-dan olan deputatlara qəzəblənib.
Gununsesi.info-nun xəbərinə görə, vitse-spiker bəzi həmnkarlarının Heydər Əliyevlə bağlı çıxış etməməsini onların qorxaqlığı kimi dəyərləndirib.
“Təəssüf edirəm ki, bu gün onlardan kimsə öz fikrini söyləmək istəmədi. Nədən çəkindiniz? Sosial şəbəkələrdən? Hesab edirəm ki, böyük şəxsiyyət haqqında özünü təkzib etmiş olduğun halda belə ürəkdən gələn sözləri söyləmək lazımdır. Bu, bizim vətəndaş birliyimizə çox böyük töhvə verən iş olardı.Yalnız böyük şəxsiyyətlər ədalətli ola bilirlər. Ulu Öndər Heydər Əliyevin böyük ruhu bütün xəyanətlərin qarşısında böyük görünür. Ulu Öndəri anlamayan insanlar bədbəxt adamlardır. Nə qədər Azərbaycan var, Ulu Öndər onu sevələrin ürəyində yaşayacaq. Bir sözlə Onun dövlətə xalq, millətə fayda gətirən ideyalardan doğan şəfəqlər Ulu Öndəri sevənlərin qəlbinə işıq saçacaq, Ümummilli Lideri sevməyənlərin isə gözünü qamaşdıracaq”.