“Bu günlər Yeni Azərbaycan Partiyasının namizədlər siyahısına olan diqqətlər birmənalı şəkildə ölkə gündəminə damğasını vurdu”.
Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova bildirib.
“Nəhayət, erkən parlament seçkilərində iştirak edəcək namizədlərimiz bəllidir. YAP İdarə Heyətinin bu gün keçirilən iclasında rəsmən təsdiq olundu. Qələbəyə köklənmişik. Qoy güclülər qalib gəlsin”, – B.Muradova deyib.