Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

25 Fevral 2018
24 Fevral 2018

15 Fevral 2018 - 08:20

Bakalavriat səviyyəsi üzrə ixtisasların sayı artırılıb

Ali məktəblərdə bakalavriat səviyyəsi üzrə dörd ixtisas qrupu üzrə ixtisasların sayı artırılıb.

Gununsesi.info xəbər verir ki, bu, Nazirlər Kabineti ““Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişikliklərdə əksini tapıb.

Beləliklə, I ixtisas qrupu üzrə İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası ləğv edilib. I ixtisas qrupu üzrə 6 yeni ixtisas – İnformasiya texnologiyaları, Sistem mühəndisliyi, Sənaye mühəndisliyi. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Şəhərsalma və Şərabçılıq ixtisasları siyahıya daxil edilib. II ixtisas qrupu üzrə Davamlı inkişafın idarə edilməsi və İdman menecmenti və kommunikasiya, IV ixtisas qrupu üzrə Bitki mühafizəsi, Bağçılıq və tərəvəzçilik və Bədən tərbiyəsi və idmanda reabilitasiya, V ixtisas qrupu üzrə Məşqçi (idman növü üzrə) və Rəqs müəllimliyi ixtisasları siyahıya əlavə edilib.

Ali məktəblərə növbəti qəbul imtahanları zamanı abituriyentlər yeni yaradılmış bu ixtisasları seçə biləcəklər.

Gununsesi.info