“Bakcell”də müdhiş fırıldaq - VAXTI KEÇMİŞ KONTURLAR SATILIR (FOTO)

  • By admin
  • 16 İyun 2017 18:04
unnamed (1)
 “Bakcell” MMC istehlakçıların hüququnu pozur.
Bu barədə Gununsesi.info-ya Azad İstehlakçılar Birliyinin (AİB) sədriEyyub Hüseynov məlumat verib.
Onun sözlərinə görə, bu gün bi vətəndaş AİB-ə “Bakcell” MMC-nin 1 AZN dəyərində 3 konturunu təqdim edib. “Satışda olan konturların üzərində son yararlılıq tarixi varmış. Konturların yararlılıq müddəti 31.05.2017-ci il tarixi göstərilib. Hazırda bu konturlardan  satışda var və yararlılıq müddətinə elə də diqqət etməyən  istehlakçı da bu  etibarsız konturlardan  istifadə etməli olur. Nəticədə istehlakçı aldanmış olur. Bununla da şirkət istehlakçının hüquqlarını kobud surətdə pozmaqla, qanunları ciddi surətdə pozaraq cinayə etmiş olur”- deyə, E. Hüseynov vurğulayıb.
E. Hüseynov bildirib ki, AİB- müraciət edən şəxs  “Bakcell” MMC-nin müştəri xidmətinə gedib ,vəziyyəti araşdırmaq istəsə də,  ona orada c avab belə olub: “Get hara istəyirsən,şikayət et !”
AİB sədri deyib ki, belə yanaşma olmaz: “Mən hər zaman demişəm ki, bəzi ərzaq mallarının üzərinə bir çox firmalar son yararlılıq müddətini yazmır və dövlət orqanları da bu hala göz yumur, amma kontura yararlılıq müddəti qoyulur. Bir sözlə, yazıq istehlakçılar hər cür yolla aldadılır və soyulur. AİB belə hallardan çox narahatdır və belə hallara son qoyulmalıdır”.
Sonda AİB sədri bildirib ki, ona görə də satışda olan məhsulların üzərində ciddi ictimai nəzarət olmalıdır və bununla bağlı müvafiq bir ictimai qurum yaradılmalıdır: “Ölkə başçısı da satışda olan məhsullara ictimai nəzarətin vacibliyini dəfələrlə xatırladıb”.
unnamed
Mürtəza
Gununsesi.info