
Bakı‐Qazax magistralında baş verən yol-nəqliyyat hadisəsində bir nəfər xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə nəticəsində ölən olmayıb:
“Belə ki, “Mercedes-Benz” markalı 90-BL-403 dövlət nömrə nişanlı sərnişin avtobusu Bakı-Qazax yolunun 114-cü km-də, Bakı istiqamətində hərəkət edərkən köməkçi yoldan əsas yola çıxan 10-ZH-449 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində bir nəfər sərnişin yüngül xəsarət alıb. Ölüm və ağır xəsarət alan olmayıb”.
Faktla bağlı araşdırma aparılır.
17:36
Bakı‐Qazax magistralında yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan məlumatda qeyd edilib.
Bildirilib ki, Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonundan keçən hissəsində sərnişin avtobusu qəzaya düşüb.
Qəza nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Avtobus Mingəçevirdən Bakıya doğru hərəkət edirmiş.
Həmin görüntüləri təqdim edirik: