Bakı-Ələt yolunda qəza: KIA “Mercedes”ə çırpıldı - VİDEO

  • By admin
  • 08 Aprel 2023 18:09

Bakı-Ələt yolunda dünən günorta saatlarında baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Gununsesi.info xəbər verir ki, görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, KIA markalı avtomobilin sürücüsü ötmə əməliyyatı zamanı idarəetməni itirib. Bu zaman KIA eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı maşına çırpılıb.

Hadisə həmin yolda hərəkətdə olan avtomobillərdən birində yerləşdirilmiş videomüşahidə kamerasına əks olunub.

Həmin görüntüləri təqdim edirik:

Gununsesi.info