Bakı-Ələt yolunun üstündə yerləşən körpü təhlükəli vəziyyətdədir.
Gununsesi.info ATV-yə istinadən xəbər verir ki, körpünün ətrafında bəzi yerlərdə arakəsmələr yoxdur.
Vəziyyət yoldan mütəmadi istifadə edən sürücüləri narahat edir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məsələdən xəbərdar olduqlarını, əraziyə baxış keçiriləcəyini və problemin aradan qaldırılması istiqamətində qısa müddətdə addımlar atılacağını açıqlayıb.
Daha ətraflı videomaterialda: