
Bakıda qaz kəmərində partlayış olub.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb. Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Gununsesi.info












