
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən IV könüllülük proqramına aparılan sənəd qəbulu başa çatıb.
BŞTİ-dən Gununsesi.info-ya verilən məlumata görə, IV könüllülük proqramında iştirak etmək üçün 281 nəfər könüllü elektron (konullu@baku.edu.gov.az) qaydada sənəd verib.
Onlardan müvafiq meyarlar üzrə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqlar.
Müsahibədən uğurla keçən şəxslər may ayından etibarən BŞTİ-nin müxtəlif sektorlarında və xidmət bölmələrində 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.
Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 3 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək həyata keçirilmiş birinci könüllülük proqramı əsasında 15, ikinci könüllülük proqramında 26, üçüncü könüllülük proqramında isə 35 nəfər BŞTİ-nin müxtəlif sektorlar və xidmət bölmələrində fəaliyyət göstərib. Onlardan 12 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.
Anar
Gununsesi.info