Bakı-2017: Türkiyə İraqa qalib gəldi - FOTOLAR

  • By admin
  • 10 May 2017 15:10

handbol_turkiye_iraq_100517_3

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi və qadın həndbolçular arasında yarışlar davam edir.

Gununsesi.info-nun məlumatına görə, “B” qrupunda Türkiyə və İraqın kişi həndbolçuları qarşılaşıblar. Birinci hissədə iraq idmançıları üstün olsa da (19:17), yekun nəticə türkiyəlilərin xeyrinə olub – 35:33.

Türkiyənin qadın həndbolçuları isə kamerunlu rəqiblərini 33:31 hesabı ilə məğlubiyyətə uğradıblar.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

handbol_turkiye_iraq_100517_1 handbol_turkiye_iraq_100517_4 handbol_turkiye_iraq_100517_5 handbol_turkiye_iraq_100517_6

Gununsesi.info